Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

rkiyə Bosfora alternativ kanal tikintisinə başla

Türkiyə “Bosfor” boğazına alternativ olacaq “İstanbul” kanalının tikintisi üzərində iş aparır. “Seanews.az” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında çıxışı zamanı deyib. Onun sözlərinə görə, yeni su arteriyasının uzunluğu 43 km təşkil edəcək. Kanalın hər iki tərəfində iki yeni şəhər salınacaq. Bu, Türkiyə tarixində ölkə üçün strateji əhəmiyyət daşıyan ən böyük layihə olacaq.  R.T. Ərdoğan qeyd edib ki, bu kanal tikilib istifadəyə verildikdən sonra Bosfor boğazının yüklənməsi əhəmiyyətli dərəcədə azalacaq. Xatırladaq ki, “İstanbul” kanalının inşası ideyası 2011-ci ildə gündəmə gəlib. Onun tikintisinin tamamlanması isə 2023-cü ilə –  Türkiyə Cumhuriyyətinin yaranmasının 100 illiyinə nəzərdə tutulub. Kanalın buraxılış imkanlarının sutkada 150-160 gəmi təşkil edəcəyi proqnozlaşdırılır.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır