Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Çinin “CCESS” korporasiya Aktau limanında Sarja terminalı və konteyner parkının tikintisində iştirak edəcək

Çinin İnşaat Mühəndisləri Tikinti Korporasiyası (“China Civil Enginееring Construction Corporation”, “ССЕСС”) Qazaxıstan Respublikasında nəqliyyat infrastrukturunun inkişafı layihələrində iştirak etməkdə maraqlıdır.

“Seanews.az” xəbər verir ki, bu barədə “CCESS”-in nümayəndələri Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyində keçirilən iclasda bildiriblər.

“CCESS”-in Qazaxıstandakı filialının baş direktoru Fan Lyanszyun və baş direktorun Avrasiya regionu üzrə köməkçisi Van Sin korporasiyanın Qazaxıstanda nəqliyyat infrastrukturunun inkişafı, o cümlədən çoxfunksiyalı Sarja terminalının, Aktauda konteyner parkının tikintisi, Aktau limanı, quru liman və Almatı vilayətində logistika parkı, həmçinin avtomobil və dəmir yollarının inkişafı layihələrində iştirakda maraqlı olduqlarını bildiriblər.

Dövlət başçısının respublikanın nəqliyyat-logistika potensialının inkişafı ilə bağlı tapşırığına uyğun olaraq, nəqliyyat naziri Marat Karabayev tərəfindən Çin korporasiyasının nümayəndələri ilə Qazaxıstanda nəqliyyat infrastrukturunun inkişafı məsələlərinə dair görüş keçirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır