Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

n öz istehsalı olan ilk buzqıran gəmini suya bura

Çin sentyabrın 10-da Şanxay şəhərinin limanında öz istehsalı olan ilk buzqıran gəmini suya buraxıb. “Syuelun-2” (Qar əjdahası) adlı bu buzqıran gəminin tikintisi 2016-cı ildə başlayıb. Onun hazırlanmasına təxminən 153 milyon dollar ayrıldığı bildirilir. İndiyədək Çində elmi-tədqiqat məqsədi ilə istifadə olunan və 1993-cü ildə Ukraynada hazırlanmış cəmi bir ədəd “Syuelun” tipli buzqıran gəmi vardı. “Syuelun-2” öz “böyük qardaşından” bir qədər kiçikdir. Çin istehsalı olan buzqıran gəminin uzunluğu 122,5 metr, eni 22,3 metr, ağırlığı isə 12,3 min tondur. O, 1,5 metr qalınlığında buzu qıraraq üzə bilir. “Syuelun-2” buzqıran gəmisi 2019-cu ildə istifadəyə veriləcək. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır