Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

veç Barents dənizindən neft axtarışına 6 milyon dollar ayı

Norveç hökuməti Barents dənizinin böyük sərhəd sahəsində neft axtarışı işlərinə dövlət büdcəsindən 50 milyon Norveç kronu (6 milyon dollardan artıq) ayrılması barədə planlarını açıqlayıb. Bu barədə krallığın Baş naziri Erna Sulberq bildirib. Onun sözlərinə görə, neft ehtiyatlarının xəritələnməsi işləri Rusiya ilə ayırıcı xətdə 2019-cu ildən başlayaraq həyata keçiriləcək. Bu, onunla bağlıdır ki, Rusiya da analoji işlər aparır. Norveç hökumətinin başçısı bildirib ki, onun ölkəsi öz mövqelərinin zəifləməsinə yol verməməkdən ötrü region haqqında dəqiq məlumata malik olmaq istəyir. Norveç mütəxəssisləri, öz növbəsində, bu regionda neft ehtiyatlarının tapılması fürsətini yüksək qiymətləndirirlər. Qeyd edək ki, ayırıcı xətlər boyunca lazımi işlər aparılarkən Norveç mütəxəssisləri, həmçinin sərhədi aşa, Rusiya sahəsinə keçə bilərlər. Norveç Neft Direktoratı ilə Rusiya Federasiyası arasında 2016-cı ildə imzalanmış sazişə əsasən, seysmokəşfiyyat işləri zamanı bu və digər ölkənin sərhədini keçməyə icazə verilir. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır