Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-08,
Seanews
Heyder Eliyev


“Korea Ocean Business Corp.” dörd dəniz avtomobili daşıyıcısının tikintisinə sərmayə qoyur

Cənubi Koreyanın Okeanlar və Balıqçılıq Nazirliyi ixtisaslaşdırılmış gəmilərin çatışmazlığını aradan qaldırmaq üçün dörd avtomobildaşıyan (PCTC) gəminin tikintisi üçün müqavilə imzalayıb.

Bu barədə “Yonhap” agentliyi nazirliyin bəyanatına istinadən xəbər verir.

Müqaviləyə əsasən, dövlətə məxsus “Korea Ocean Business Corp.” Cənubi Koreyanın avtomobil sənayesinin ixrac avtomobilləri və yük maşınlarının daşınması üçün dörd gəminin tikintisinə sərmayə qoyacaq və onları taym-çarter müqaviləsi əsasında “Hyundai Glovis Co”-ya təhvil verəcək.

Yeni gəmilərin 2027-ci ildə təhvil verilməsi planlaşdırılır.

Nazir Kan Do-Hen öz bəyanatında bildirib ki, hazırda sənayedə PCTC gəmilərinin kəskin çatışmazlığı var və  bu, yerli nəqliyyat vasitələrinin ixracına mane olur.

Ötən ay Cənubi Koreyadan avtomobil ixracı ardıcıl 19 ay (+24,8%) artaraq 6,2 milyard dollar təşkil edib.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır