Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“HMM”-in xalis mənfəəti 9 dəfə azalıb

Cənubi Koreyanın ən böyük konteyner daşıyıcısı “HMM”-nin 2023-cü ildə xalis gəliri 1,01 trilyon von (760 milyon dollar) təşkil edib ki, bu da bir il əvvəlkindən 90% azdır.

“Seanews.az” xəbər şirkətin hesabatına istinadən bildirir ki, il ərzində satışlar 55% azalaraq 8,4 trilyon von (6,3 milyard dollar), əməliyyat mənfəəti 94% azalaraq 584,9 milyard vona (438 milyon dollar) düşüb.

“HMM” bu göstəriciləri - 760 milyon dollara qədər azalmanı tələbatın zəifləməsi və bütün marşrutlar üzrəyükdaşıma tariflərinin aşağı olması ilə izah edir.

“HMM” inteqrasiya olunmuş nəqliyyat-logistika və gəmiçilik şirkətidir. 138 gəmidən ibarət donanması ilə 50-dən çox dəniz marşrutuna xidmət göstərir və dünyanın 100-dən çox limanına səfərlər edir. Donanmasının tutumu baxımından “HMM” onuncu ən böyük konteyner xəttidir. 2022-ci ildə “HMM”-nin konsolidasiya edilmiş xalis gəliri 88,6% artaraq 7,9 milyard dollara çatıb.

2013-cü ildə Cənubi Koreyanın KDB bankı maliyyə problemi olan “Hyundai Merchant Marine”-ə (“HMM”-in sələfi) 6,8 trilyon von dövlət vəsaiti yatırdı və bu, uğursuzluqla nəticələndiyindən üç il sonra KDB-nin nəzarətinə keçdi.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır