Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

doneziyada sunami iki gəmini sahilə a

İndoneziyanın Sulavesi adasında baş verən dağıdıcı zəlzələ və yeraltı təkanların yaratdığı 6 metrlik sunami Hərbi Dəniz Donanmasına məxsus iki gəmini sahilə atıb .  “Seanews.az” xəbər verir ki, bunlar “Kal Pulau Pasoso” və “KRI Andau” gəmiləridir.  “KRI Andau”-nun uzunluğu 33 metr, subasımı 146 tondur.  “Kal Pulau Pasoso” isə 28 metr uzunluğa malikdir. Bu gəminin subasımı isə 70 tondur. Qeyd edək ki, 28 sentyabrda Sulavesi adasının Palu şəhərində 7,5 bal gücündə zəlzələ baş verib və yeraltı təkanlar nəticəsində 6 metr hündürlüyündə sunami yaranıb. Fəlakət nəticəsində şəhərin böyük hissəsi demək olar ki, yuyulub və dağıntılar altınla minlərlə insan qalıb. Hökumət epidemiyaların yayılmasının qarşısını almaq üçün Palu təpəsi yaxınlığındakı ərazidə 1300 qurbanı dəfn etmək məqsədilə kütləvi məzar hazırlanması barədə könüllülərə təlimat verib. İndoneziya hökuməti təbii fəlakət nəticələrinin aradan qaldırılması üçün büdcədən 5 milyon dollar ayırıb. Bu gün səhər saatlarında İndoneziya hökuməti təbii fəlakət nəticəsində ölənlərin sayının artdığını bildirərək, dağıntılar altından ümumilikdə 1234 nəfərin cəsədinin tapıldığını açıqlayıb.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır