Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

BMT: Qara Dəniz Taxıl Təşəbbüsünün müddəti uzadıla bilər

"Qara Dəniz Taxıl Təşəbbüsünün müddətinin uzadılması ilə bağlı əlimizdən gələni etməyə davam edirik".

"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib.

Sözçü bildirib ki, BMT Qara dənizdən çıxan məhsulların dünya bazarlarına çıxışını, eləcə də, bu dənizdə naviqasiya azadlığını təmin etmək üçün tərəflərlə müzakirələri davam etdirir: "Biz Qara Dəniz Taxıl Təşəbbüsünün yenidən canlanması və tərəflərlə razılaşmanın əldə olunması mövzusunda fəaliyyətlərimizi davam etdiririk. Ümid edirik ki, yaxın gələcəkdə müsbət nəticələr əldə olunacaq".

Xatırladaq ki, Qara Dəniz Taxıl Təşəbbüsü ötən il Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin vasitəçiliyi ilə Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya müharibəsindən sonra Ukrayna limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmaq üçün əldə olunan sövdələşmədir. Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Ukrayna və Rusiya dünyanın aparıcı taxıl ixracatçılarıdır. Daha öncə bir neçə dəfə uzadılan müqavilənin müddəti ötən iyul 17-də başa çatıb və Rusiya müqavilə müddətini uzatmaqdan imtina edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır