Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Saya oturan "Xing Yuan" gəmisi söküləcək

2021-ci ilin dekabrında Xolmsk (Saxalin vilayəti) dəniz limanı yaxınlığında saya oturmuş "Xing Yuan" gəmisi 2024-cü ilin noyabr ayının sonuna qədər qaldırılaraq zərərsizləşdiriləcək. İşin ilkin (maksimum) dəyəri 167,2 milyon rubl təşkil edəcəkdir.

“Seanews.az” xəbər verir ki, batmış əmlakın çıxarılması xidmətləri üçün tender Saxalin vilayətinin Dövlət Satınalmaları Mərkəzi tərəfindən elan edilib və podratçının martın 1-də müəyyənləşdirilməsi planlaşdırılır.

İşlərin Xolmsk limanında (Tatar boğazı) mərhələlərlə aparılması lazımdır: birinci mərhələ (müqavilənin bağlandığı tarixdən 3 iyun 2024-cü il tarixinədək) gəminin üst tikilisinin, ikincisi (4 iyun - 30 sentyabr 2024-cü il) gəminin su xəttindən yuxarı hissəsinin, üçüncüsü (1 oktyabr - 29 noyabr 2024-cü il) su xəttindən aşağı hissəsinin utilizasiyasını nəzərdə tutur.

Qeyd edək ki, “Xing Yuan” (Sierra Leone bayrağı) gəmisi 2021-ci il dekabrın 6-da Xolmsk dəniz limanına yaxınlaşarkən sahildən 50 metr aralıda saya oturub. Yük gəmisinin əsas mühərriki işləməyib və enerji təchizatı olmayıb. Bundan sonra bir il ərzində Dəniz Xilasetmə Xidməti zədələnmiş gəmidə iş aparıb. Tədbirlər quru yük gəmisinin gömrük nəzarətindən çıxarılması və sonradan silinməsi üçün geri qaytarıla bilməyəcək şəkildə itmiş kimi tanınması prosedurundan əvvəl həyata keçirilib.

Saxalin vilayətinin hökuməti 2023-cü ilin dekabrında bildirmişdi ki, “Xing Yuan” gəmisinin utilizasiyası üçün hazırlıq işlərinə 2024-cü ilin birinci rübündə başlamaq planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır