Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“HD KSOE” 6 qaz daşıyıcısının tikintisi üçün iki böyük müqavilə bağlayıb

Cənubi Koreyanın  “HD KSOE” gəmiqayırma zavodları altı qaz daşıyıcısının tikintisi üçün iki böyük müqavilə əldə ediblər.

“Seanews.az” xəbər verir ki, bu barədə “Korea Economic Daily” məlumat yayıb.

“HD Hyundai Mipo” tərsanəsində Sinqapurun “Trafigura”  şirkəti üçün dörd gəmi tikiləcək. Qaz daşıyıcıları ammonyakla işləyə bilən iki yanacaqlı mühərriklərlə təchiz ediləcək.

Gəmilər 2027-ci ilin noyabrına qədər sifarişçiyə təhvil verilməlidir. Sifarişin ümumi dəyəri 389,9 milyard von və ya 286 milyon dollardır.

“HD Hyundai Heavy Industries”-in tərsanələrində isə 174 min kubmetr tutumlu iki LNG tankeri inşa edəcək. Müqavilənin dəyəri 532 milyon dollardır (bir gəmi üçün təxminən 266 milyon dollar). “LNGPrime” sənaye resursuna görə, gəmilər keçən ilin avqust ayında Cənubi Koreya tərsanəsinə 530 milyon dollara iki LNG tankeri sifariş etmiş Yunanıstanın “Evalend Shipping” gəmiçilik şirkəti üçün tikiləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır