Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

İspaniyada təmiz metanol istehsalı üzrə Avropanın ən böyük zavodu tikiləcək

İspaniyanın bunker yanacaqlarının qabaqcıl təchizatçısı “Cepsa” və Danimarkanın “C2X” şirkətləri ekoloji cəhətdən təmiz metanol istehsalı üzrə Avropanın ən böyük zavodunun yaradılmasına 1 milyard avroya qədər sərmayə qoymaq niyyətindədir.

“Seanews.az” xəbər verir ki, bu barədə İspaniya şirkəti məlumat yayıb.

İspaniyanın Punta del Sebo burnunda yerləşən Huelva limanında bərpa olunan mənbələrdən metanol istehsalı üzrə birgə layihənin həyata keçirilməsi planlaşdırılır. O, gəmiçilik, hava nəqliyyatı, kimya sənayesi və digər sənaye sahələrini enerji ilə təmin etmək üçün nəzərdə tutulub.

Bu, dünyanın ən böyük beş yaşıl metanol zavodundan biri olacaq. 300 min ton istehsal gücü 1 milyon tona qədər CO2 emissiyasının qarşısını alacaq. Layihə 2,5 min birbaşa və dolayı iş yerinin yaradılmasını nəzərdə tutur.

Yekun investisiya qərarının gələn il verilməsi planlaşdırılır və zavod 2028-ci ildə fəaliyyətə başlayacaq.

Şirkətin direktorları Maarten Vetselaar (“Cepsa”) və Brayan Davis (“C2X”) Andalusiya regional hökumətinin prezidenti, Huelva merinin və Huelva limanının direktorunun iştirakı ilə Huelvada keçirilən mərasimdə zavodun layihəsini təqdim ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır