Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“Hanwha Group” gəmiqayırma qrupu biznesini genişləndirir

Cənubi Koreyanın “Hanwha Ocean” gəmiqayırma qrupu (keçmiş “Daewoo Shipbuilding & Marine Engineering”, “DSME”) “Keppel”-dən üzən dəniz qurğularının layihələndiricisi və istehsalçısı “Dyna-Mac Holdings”-in Sinqapurda 21,52%-lik payını alıb.

“Seanews.az” xəbər verir ki, sövdələşmə 73,8 milyon dollar dəyərində olub.

Aktivin alınması “Hanwha Group”-a dəniz qurğuları seqmentində biznesini genişləndirməyə imkan verəcək.

Aktivin sahibi “Keppel” Sinqapur birjasında qeydə alınmış “Dyna-Mac”-ın buraxılmış nizamnamə kapitalının bütün 23,91%-ni satdığını bildirib. Bu zaman 2,39% payı “Hanwha Aerospace” qrupunun bölməsi alıb.

“Dyna-Mac” 1990-cı ildə yaradılıb. Şirkət dənizdə neft və qaz hasilatı üçün yerüstü modulların və konstruksiyaların layihələndirilməsi və tikintisi üzrə ixtisaslaşıb. Şrkətin neft hasilatı, saxlama və boşaltma (FPSO və FSO) gəmiləri, eləcə də üzən mayeləşdirilmiş qaz (FLNG) gəmiləri inşa edir.

“Dyna-Mac”-ın Sinqapurda iki istehsal sahəsi və Çində bir müəssisəsi var.

Qeyd olunur ki, Cənubi Koreya şirkətləri, o cümlədən “Hanwha Ocean” adətən iri beynəlxalq əməliyyatları başa çatdırmaq üçün dəniz obyektlərinin layihələndirilməsində böyük təcrübəyə malik olan xarici şirkətlərlə gəmiqayırma imkanlarını birləşdirir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır