Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Həştərxanın gəmiqayırma zavodları iki il üçün sifarişlərlə təmin edilib

Həştərxan vilayətindəki gəmiqayırma zavodları iki il üçün sifarişlərlə təmin edilib.

“Seanews.az” xəbər verir ki, bunu vilayət rəhbəri İqor Babuşkin Həştərxan vilayəti Dumasının deputatlarına vilayət hökumətinin 2023-cü il üzrə fəaliyyətinin yekunları barədə hesabat verərkən deyib.

O qeyd edib ki, hazırda gəmiqayırmada ümumi sifariş portfelinin dəyəri 50 milyard rubl təşkil edir. 

İqor Babuşkin xatırladıb ki, ötən il Həştərxan gəmiqayırma zavodları bir təkərli teploxodun, iki kimyəvi tankerin və iki dibdərinləşdirən gəminin tikintisini başa çatdırıb. Hər biri 500-dən çox konteyner tutan dörd konteyner gəmisi inşa edilir. Bu il Həştərxanda “RSD-81” layihəli dörd quru yük gəmisinin, eləcə də Dövlət Nəqliyyat Lizinq Şirkətinin sifarişi ilə altı özüyeriyən dibdərinləşdirən gəminin tikintisinə başlanılıb. Sankt-Peterburqdakı "Severnaya Verf" zavodunun sifarişi ilə Həştərxan gəmiqayırma zavodunda ölkənin mülki və dəniz donanmasının yenilənməsi üçün strateji əhəmiyyətli layihə olan üzən dok tikilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır