Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Almaniyanın ən böyük konteyner daşıyıcısı biznes planlarını açıqlayıb

Almaniyanın ən böyük konteyner daşıyıcısı “Hapag-Lloyd” 2030-cu ilə qədər olan dövr üçün orta müddətli biznes planlarını açıqlayıb.

“Seanews.az” xəbər verir ki, Baş icraçı direktor Rolf Habben Yensenin şirkətin "bu günə qədər ən iddialı strategiyası" adlandırdığı biznes planı donanmanın genişləndirilməsini tələb edir.

“Alphaliner”-in məlumatına görə, Yaponiyanın “Ocean Network Express” (“ONE”) və Tayvanın “Evergreen” şirkətləri hazırda dünya konteyner daşıyıcılarının reytinqində beşinci yeri tutan “Hapag-Lloyd”-dan arxada qalırlar.

Sahə analitiklərinin fikrincə, ilk beşlikdəki yerini qorumaq üçün “Hapag-Lloyd” daha kiçik regional rəqib şirkətlər əldə etməyə çalışa bilər. Son on il ərzində alman daşıyıcısı üç gəmiçilik şirkətini – “CSAV”, “UASC” və “NileDutch”-i “udub”.

“Hapag-Lloyd”-un keçən il almaq istədiyi “HMM” və “ONE” şirkətləri də bu yaxınlarda daha da böyüməklə bağlı cəsarətli planlarını açıqlayıblar. Belə ki, 2030-cu ilə qədər “HMM” donanmasını 130 konteyner gəmisinə çatdıracaq və ümumi tutumu 1,5 milyon TEU olacaq.

“ONE” şirkəti isə 2030-cu ilə qədər daşıma qabiliyyətini 3 milyon TEU-ya çatdırmağı planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır