Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“HMM” gəmiçilik şirkətinin 2024-cü ilin yanvar-mart ayları üçün xalis mənfəəti 355,2 milyon dollardır

Cənubi Koreyanın “HMM” gəmiçilik şirkətinin 2024-cü ilin yanvar-mart ayları üçün xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 63% artaraq 355,2 milyon dollar (485 milyard von) olub.

Bu barədə “Seanews.az” şirkətin mətbuat xidmətinə istinadən məlumat verir.

Hesabat dövründə “NMM”-nin gəliri 12% artaraq, demək olar ki, 1,7 milyard dollar (2,3 trilyon von) təşkil edib. Əməliyyat mənfəəti 33% artaraq 298 milyon dollara (407 milyard von) çatıb.

“HMM”-in 2023-cü ildə xalis mənfəəti 760 milyon dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 90% azdır.

Cənubi Koreyanın nəqliyyat, logistika və gəmiçilik şirkəti “HMM” 138 gəmidən ibarət donanmaya sahibdir və onu idarə edir. 50-dən çox dəniz marşrutuna xidmət ediən “HMM”-nin gəmiləri dünyanın 100-dən çox limanına daxil olur. Donanmanın tutumu baxımından dünyanın onuncu konteyner xəttidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır