Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Baltimor kanalında gəmilərin hərəkəti mayın sonuna kimi tam bərpa olunacaq

“Frensis Skott Key körpüsünə çırpılan konteyner gəmisi hadisə yerindən köçürülüb və bu, Amerikanın Baltimor limanına aparan kanalın tam açılması istiqamətində irəliyə doğru böyük addımdır”.

“Seanews.az” bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Mayın sonunadək limanda gəmilərin hərəkətinin tam bərpası nəzərdə tutulur.

Xatırladaq ki, martın 26-da səhər saatlarında Sinqapur bayrağı altında Baltimordan Kolomboya üzən “Dali” yük gəmisi (ABŞ-ın Merilend ştatında) Frensis Skott Key körpüsünə çırpılmış və qəzadan körpü çökmüşdü.

Səlahiyyətlilərin məlumatına görə, qəza nəticəsində 6 nəfər ölüb, bir nəfər yaralanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır