Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

BƏƏ və İtaliya şirkətləri birgə gəmiqayırma müəssisəsi yaradıblar

“EDGE Group” (BƏƏ) və İtaliyanın “Fincantieri” gəmiqayırma qrupu mayın 20-də Əbu-Dabidəki baş ofisi ilə “Maestral” adlı birgə gəmiqayırma müəssisəsinin yaradılması haqqında saziş imzalayıb.

“Seanews.az” xəbər verir ki, hərbi-texniki inkişaf sahəsində çalışan bir qrup texnoloji şirkətin belə bir müəssisənin yaradılması planları hələ bu ilin fevralında elan edilmişdi.

“Maestral” müasir hərbi-dəniz gəmilərini layihələndirəcək və inşa edəcək. “EDGE Group” 51% paya sahib olacaq.

Gələcək müəssisənin potensial sifariş portfeli təxminən 30 milyard avro dəyərində qiymətləndirilir.

Müqavilənin imzalanmasından sonra BƏƏ Sahil Mühafizəsindən 51 metr uzunluğunda 10 dəniz patrul gəmisinin (OPV) tikintisi üçün sifari verilib. Sifarişin dəyəri 400 milyon avrodur.

Uğurlu “Saettia” seriyasına əsaslanan “P51MR” sinif gəmiləri bir çox üstün keyfiyyətlərə, o cümlədən yüksək dayanıqlığa və əməliyyat çevikliyinə malikdir.

“Maestral” gəmilərin satışı, kommersiya əməliyyatları və mühəndislik, gəmilərin layihələndirilməsi, gəmilərə texniki xidmət və təmir üzrə ixtisaslaşacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır