Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“HaiSea Marine” yedək donanması yaratmaq kampaniyasını başa çatdırıb

“Haisla Nation” və “Seaspan ULC”-nin birgə müəssisəsi olan “HaiSea Marine” Britaniya Kolumbiyasında üç elektrik liman yedək gəmisi və iki ikiyanacaqlı LNG müşayiət-yedək gəmisini istismar edir. Bu gəmilər Kitimatanın (Kanada) aşılışa hazırlanan LNG terminalında yanacaq təchizatı tankerlərini dəstəkləyir.

“Seanews.az” “Nordic Engineering” teleqram kanalına istinadən xəbər verir ki, müşayiət, yedəkləmə, manevr etmə, yanalma və sair əməliyyatlar zamanı mümkün olan ən aşağı emissiyaları təmin edən gəmiləri “Robert Allan Ltd” tərəfindən layihələndirilmiş və “Sanmar Shipyards” zavodlarında inşa edilmişdir.

Birgə müəssisənin “RAstar 4000-DF” layihəsinə uyğun tikilən sonuncu gəmi “HaiSea Warrior” (“HaiSea Kermode”-nin oxşarı) olub və bu mayeləşdirilmiş təbii qazla işləyən gəmi 2024-cü ilin martında Vankuverə gəlib.

Qeyd edək ki, iki yanacaqla işləyən yedək gəmiləri həmçinin “Caterpillar” tərəfindən istehsal olunan iki generator dəsti ilə təchiz olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır