Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

2024-cü ilin birinci rübündə Gürcüstan limanlarında 3,4 milyon ton yük aşırılıb

2024-cü ilin birinci rübündə Gürcüstan limanları və terminalları 3,4 milyon ton yük işləyib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8% azdır.

“Seanews.az” xəbər verir ki, ümumilikdə, cari ilin yanvar-mart aylarında Gürcüstanın liman və terminallarına 4041 gəmi yan alıb. Bunun da 42,3 faizi ümumi yük gəmiləri, 28 faizi maye yük gəmiləri, 23,3 faizi konteyner gəmiləri, 6,4 faizi isə toplu yük gəmiləri, ixtisaslaşdırılmış gəmilər və yedək gəmiləridir.

Hesabat dövründə Gürcüstan limanları və terminalları 28,6%-dən çox ixtisaslaşdırılmış gəmilər, 9,6%-dən çox ümumi yük gəmiləri, 1,8%-dən çox maye daşıyıcıları, 1,1%-dən çox konteyner gəmiləri və 36% quru yük daşıyıcıları qəbul edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır