Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Daşımalar artsa da, kəskin konteyner çatışmazlığı yaranıb

Daşımalarda kəskin konteyner avadanlığı çatışmazlığı var. Sonuncu dəfə belə bir vəziyyət pandemiya zamanı baş vermişdi.

“Seanews.az” xəbər verir ki, bu barədə “Wan Hai Lines”-in baş icraçı direktoru Tommy Se 2024-cü ilin birinci rübü üçün şirkətin maliyyə nəticələrinə dair konfransda danışıb.

"Daşıma qabiliyyəti çatışmazlığından sonra konteyner çatışmazlığı da yaranmışdı, amma indi konteynerlər üçün “savaş” gedir", - T. Se bildirib.

2024-cü ilin birinci rübündə konteyner daşımaları 23% və ya 4,8 milyon TEU artıb ki, bu da çox güclü istehlak tələbini göstərir.

T. Senin sözlərinə görə, yeni tonajların tədarükü də məhduddur, kifayət etmir, çünki Asiya - Avropa/ABŞ/Aralıq dənizi ticarətində konteyner gəmiləri Qırmızı dənizdəki vəziyyətlə əlaqədar Ümid burnunun ətrafından keçməli olur. Əgər əvvəllər müntəzəm səfərlər üçün 12 konteyner gəmisi tələb olunurdusa, indi bu, 15-ə çatıb.

Digər marşrutlarda da vəziyyət ürəkaçan deyil. “Asiyadan Cənubi Amerikaya qədər xidmətlər gəlirimizin 15%-ni təmin edir, lakin konteyner tapmaq çox çətindir”, - deyə T. Se yekunlaşdırıb.

Qeyd edək ki, aprel ayında qlobal konteyner istehsalı 521 min TEU təşkil edib. Bu, pandemiyadan bəri rekord göstəricidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır