Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Konteyner xətləri Ukrayna limanlarına qayıdır

Almaniyanın “Hapag-Lloyd” konteyner xətti yaxın günlərdə Ukrayna limanlarına və Ukrayna limanlarından daşıma təklif etməyə başlayacaq.

 “Seanews.az” xəbər verir ki, bunun üçün “Hapag-Lloyd”, Ukraynanın Odessada yerləşən “Iteris Feeders” nəqliyyat və logistika şirkəti tərəfindən idarə olunan Rumıniya və Ukrayna arasında xidmətdə yerlər götürəcək.

Ukrayna mediasının məlumatına görə, “MSC”  Türkiyə-Ukrayna fider xidmətini iyun ayında işə salacaq, lakin daşıyıcının özü hələ bu məlumatı təsdiq etməyib.

Xatırladaq ki, 2023-cü ildə “Maersk” yenidən konteynerlərin barj ilə Konstansadan Reniyə çatdırılması xidmətini işə salıb. Xidmət iki marşrut üzrə - Konstansa / Dunay kanalı və Qara dəniz vasitəsilə fəaliyyət göstərir. Tranzit müddəti təxminən bir gün yarımdır.

“Informall BG”-nin məlumatına görə, “Maersk”-in barjları Dunay çayında ayda 3 min TEU-ya qədər yük daşıya bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır