Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“Happy Star” gəmisi hazır yedək gəmilərini Vyetnamdan Niderlanda daşıyır

“Biglift” şirkətinin ağır yüklər daşıyan “Happy Star” gəmisi 10 hazır yedək gəmisini Cənubi Afrika və Şimali Avropaya çatdırmalıdır.

“Seanews.az”  xəbər verir ki, yedək gəmilərini Halonq körfəzində (Vyetnam) göyərtəsinə qəbul edən “Happy Star” əvvəlcə Cənubi Afrikanın Keyptaun, sonra isə Rotterdam limanına (Avropa) gedəcək.  

“Nordic Engineering” teleqram kanalı yedək gəmilərinin Vyetnamdakı “Damen Song Cam” gəmiqayırma zavodunda tikildiyini ehtimal edir.

2023-cü ildə "Damen” Cənubi Afrika Milli Limanlar İdarəsi ilə yeddi yeni 60 tonluq yedək gəmisinin tədarükü üçün müqavilə imzalayıb.

2024-cü ilin aprel ayında “Damen Shipyards” Antverpen-Brügge limanı üçün Vyetnamdakı “Damen Song Cam” tərsanəsində ikinci “RSD Volta 1” akkumulyatorlu yedək gəmisini suya buraxıb. Tikinti başa çatdıqdan sonra “RSD Volta 1” da ağır yüklər daşıyan gəmi ilə təyinat limanına çatdırılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır