Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Kipr Larnaka limanının inkişafı üçün konsessiya müqaviləsindən imtina edib

Kipr hüquqi mübahisədə Larnaka limanının inkişafı üçün 1,2 milyard avroluq konsessiya müqaviləsindən imtina edib.

Bu barədə “Seanews.az” “Reuters”-a istinadən xəbər verir.

Operator “Kition Ocean Holdings” cənub liman şəhərində həm yaxtalar üçün körpü, həm də ticarət limanı tikmək və istismar etmək üçün uzunmüddətli icarə müqaviləsi bağlayıb.

Kipr hökuməti bildirib ki, “Kition Ocean Holdings” şirkəti zəmanət məktubunu yeniləməməklə müqaviləni pozub.

Qeyd edək ki, Larnaka Qəzzaya beynəlxalq dəniz yardımı marşrutu üzərində yükaşırma məntəqəsidir. Hökumət rəsmiləri məsələnin liman əməliyyatlarına təsir etməyəcəyini bildiriblər. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır