Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Konteyner daşıyıcıları tonaj axtarırlar

Tələbin və yükdaşıma tariflərinin kəskin artması fonunda  dünya konteyner daşıma bazarı konteyner gəmilərinin kəskin çatışmazlığı ilə üzləşir.

“Seanews.az” “Linerlytica” konsaltinq agentliyinin hesabatına istinadən xəbər verir ki, hətta tutumu 1,2 min TEU-dan az olan kiçik konteyner gəmilərinə də ehtiyac böyükdür.

Bütün ölçülərdə konteyner gəmilərinə tələbatın artmaqda davam edəcəyi gözlənilir. “Yaxın iki ayda ümumi tutumu 600 min TEU olan konteyner gəmilərinin istismara veriləcək, 10 yeni gəmi kirayə götürüləcək. Hətta daha kiçik tutumlu və ilkin olaraq daxili bazar üçün nəzərdə tutulan Çin gəmiləri də öz alıcılarını tapır”, - hesabatda bildirilir.

“Tələbin fonunda yükdaşıma tarifləri son iki ilin ən yüksək səviyyəsinə çatıb. Amma yeni tonajların rekord tədarükü “qaynar” bazarın hərarətini aşağı sala bilmir”, - “Linerlytica” qeyd edir.

Aprel ayında ümumi tutumu 342 min TEU olan 59 konteyner gəmisi təhvil verilib. Bu isə həm istismara verilən konteyner gəmilərinin sayına, həm də yeni daşıma qabiliyyətinin həcminə görə rekord göstəricidir.

Dünya konteyner donanmasının nominal ümumi tutumu 2023-cü ilə nisbətən 10,4% artaraq 29,5 milyon TEU-ya çatıb. Buna baxmayaraq, “Linerlytica” konteyner gəmilərinin çatışmazlığının bu ilin oktyabrına qədər davam edəcəyini təxmin edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır