Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Finlandiya dəniz sərhədini nəzərdən keçirməyə hazırlaşır

Finlandiya öz ərazi sularının sərhədlərini nəzərdən keçirməyə başlayıb.

“Seanews.az” xəbər verir ki, bu, ötən il havadan ölçmə aparmağa başlayan Finlandiyanın “Traficom” Nəqliyyat və Rabitə Agentliyi tərəfindən həyata keçirilir. Agentliyin nümayəndəsi Seppo Mäkinen qeyd edib ki, məsələn, Botniya körfəzində qurunun üzə çıxması müşahidə olunur.  

Finlandiyanın dəniz sərhədinin əsas nöqtələri sonuncu dəfə 1995-ci ildə müəyyən edilib. Qanuna görə, onlar hər 30 ildən bir yoxlanılmalıdır. Nəşr qeyd edir ki, ölçmələr apardıqdan sonra Xarici İşlər Nazirliyi ölkənin dəniz sərhədinin əsas xəttlərində dəyişikliklərin olub-olmamasına qərar verəcək - bunlar yeni adalar və ya sahillər ola bilər.

Dəniz sərhədinə yenidən baxılması işi o deməkdir ki, səlahiyyətlilər ərazi sularının xarici sərhədlərini müəyyən edən bütün əsas xətlərin və əsas nöqtələrin koordinatlarını yeniləyəcəklər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır