Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“Adani Ports” Dar es Salaam limanında konteyner terminalının istismarı üçün müqavilə imzalayıb

Hindistanın ən böyük özəl liman və logistika şirkəti “Adani Ports & Special Economic Zone Ltd”-nin (“APSEZ”) törəmə şirkəti “Adani International Ports Holdings” Dar es-Salam limanında “CT-2” konteyner terminalının istismarı və idarə edilməsi üçün Tanzaniya Limanlar İdarəsi ilə 30 illik konsessiya müqaviləsi imzalayıb.

“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“CT-2”-nin illik gücü 1 milyon TEU olan dörd yanalma körpüsü var. 2023-cü ildə terminal 0,82 milyon TEU aşırıb. Bu, Tanzaniyada ümumi konteyner axınının 83%-ni təşkil edir.

“East Africa Gateway Limited” (“EAGL”) “AIPH”, “AD Ports Group” və “East Harbor Terminals Limited”-in (“EHTL”) birgə müəssisə kimi yaradılıb. “APSEZ” şirkəti “EAGL”-in nəzarət səhmdarına çevriləcək.

Öz növbəsində, “EAGL Hutchison Port Holdings Limited” (və onun törəmə şirkəti “Hutchison Port Investments Limited”) və “Harbors Investment Limited” ilə “Tanzania International Container Terminal Services Limited” (“TICTS”) şirkətindəki 95% payını almaq üçün müqavilə imzalayıb. Müqavilə 39,5 milyon dollar dəyərində qiymətləndirilir. “Adani Ports” “CT-2” terminalını “TICTS” vasitəsilə idarə edəcək.

Dar es Salaam limanı yaxşı inkişaf etmiş avtomobil və dəmir yolları şəbəkəsinə malikdir.

Qeyd edək ki, milyarder Qautam Adaninin sahibi olduğu “APSEZ” şirkəti Hindistanın qərb və şərq sahillərində 12 liman və terminalı idarə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır