Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Finlandiya yaxın vaxtlarda Sayman kanalında naviqasiya məsələsini həll edəcək

Finlandiya yaxın vaxtlarda Sayman kanalında mövsümi naviqasiya ilə bağlı qərar qəbul etmək niyyətindədir.

“Seanews.az” xəbər verir ki, bu barədə Sayman kanalı komissarının ofisində bildirilib.

"Kanalın açılması icarə müqaviləsinin icrası ilə bağlı məsələdir. Mövcud məhdudiyyətlərə riayət olunacaq və kanalın açılması onlara təsir etməyəcək", - deyə ofisin sözçüsü Seppo Kykkänen “Yle” kanalına bildirib.

2023-cü ildə kanalla heç bir yük daşınmayıb, kanaldan yalnız doqquz gəzinti gəmisi keçib.

Bundan əvvəl Finlandiya hakimiyyəti birtərəfli qaydada 2024-cü il aprelin 15-dən etibarən Nuyyama vasitəsilə Sayman kanalı boyunca gəzinti gəmilərinin hərəkətini qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Bundan əlavə, Finlandiyanın Haapasaari və Santio dövlət sərhədindən keçən dəniz keçid məntəqələri bağlanıb.

Qeyd edək ki, Sayman kanalı 2063-cü ilə qədər Rusiya hissəsini icarəyə götürən Finlandiyanın ən mühüm nəqliyyat arteriyası hesab olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır