Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“ADNOC L&S” “Navig8” tanker şirkətini alır

Dəniz logistika xidmətləri təminatçısı “ADNOC Logistics and Services” (“ADNOC L&S”) “Navig8” tanker şirkətini almaq üçün müqavilə bağlayıb.

“Seanews.az” xəbər verir ki, “ADNOC”-un açıqlamasında belə deyilir.

Müqavilənin şərtlərinə əsasən, “Navig8” səhmlərinin 80%-i 1,04 milyard dollara (3,8 milyard Dh) satılır. Qalan 20% pay 2027-ci ildə 335-450 milyon dollar məbləğində təxirə salınmış müavinət üçün veriləcək.

“ADNOC L&S” (Əbu-Dabi, BƏƏ) üç biznes bölməsindən ibarətdir və inteqrasiya olunmuş dəniz logistika həlləri üzrə regionun aparıcı təchizatçısıdır. Şirkət 50 ölkədə 100-dən çox müştəriyə xidmət göstərir. Son iki il ərzində “ADNOC L&S” şirkəti səkkiz VLCC neft tankeri, altı ərzaq məhsulları daşıyan tanker, beş VLGC dəniz qaz daşıyıcısı və altı LNG tankeri də daxil olmaqla 25 okean gəmisi əldə edib.

Qeyd edık ki, “Navig8” 2007-ci ildə yaradılıb. Beş qitənin 15 şəhərində fəaliyyət göstən şirkət 32 müasir tankerdən ibarət donanmanın sahibi, operatoru və kirayəçisidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır