Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Qazaxıstanın Ersay dəniz terminalı ilk gəmiləri qəbul edib

Mayın 27-də Kurık limanına daxil olan Ersay dəniz terminalı Özbəkistandakı Talimərcan İstilik Elektrik Stansiyasında yeni enerji bloklarının tikintisini həyata keçirən “AKSA Energy” şirkəti üçün nəzərdə tutulan ilk iki irihəcmli yüklə “Nikolay Psomadi” və “Omsky 105” gəmilərini qəbul edib.

“Seanews.az” xəbər verir ki, gəmi səfərləri limanların inkişafına yönəlmiş investisiya layihələrinin icrası çərçivəsində həyata keçirilib.

Qeyd olunur ki, bir neçə il əvvəl fəaliyyətini dayandıran Karakiyan rayonundakı “ERSAI LLP” (“ERC Holding və Saipem International B.V.”-nin birgə müəssisəsi) müəssisəsi iş istiqamətini dəyişərək yenidən fəaliyyətə başlayıb.

Çatdırılan yükün bir vahidinin maksimum çəkisi 300 tona çatır. Yük xüsusi nəqliyyat vasitəsi ilə yenidən yükləndikdən sonra Tajen sərhəd məntəqəsindən keçərək təyinat yerinə gedir. Bu layihənin ümumi daşıyıcısı “CJ ICM Logistics”şirkətidir.

Hazırda Ersay dəniz terminalına uzunluğu 1300 metr olan 7 yanalma körpüsü daxildir. Terminal çəkisi 1000 tona qədər olan iri həcmi yükləri aşırmağa imkan verən 25 qaldırıcı qurğu ilə təchiz edilmişdir.

Bildirilir ki, Ersai dəniz terminalının inkişafı və istismarı Mangistau regionunun və Kurık limanının nəqliyyat potensialını əhəmiyyətli dərəcədə artıracaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır