Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Burqas limanı dərinləşdirildikdən sonra iri gəmiləri qəbul edə biləcək

Bolqarıstanın Burqas limanı dərinləşdirildikdən sonra iri gəmiləri qəbul edə biləcək. Bununla da, limanın yükötürmə qabiliyyəti və cəlbediciliyi artacaq.

“Seanews.az” xəbər verir ki, bunu Bolqarıstanın nəqliyyat və kommunikasiyalar nazirinin müavini Anna Natova Burqasda liman terminalları arasında əsaslı dərinləşdirmə layihəsinin təqdimatı zamanı deyib.

“Bu, dövlət müəssisəsinin dəniz şəhərində daha bir irimiqyaslı tədbir olmaqla yanaşı, həm də 2021-2027-ci illər üçün yeni nəqliyyat kommunikasiyası proqramı çərçivəsində ilk layihədir”, - deyə Anna Natova bildirib.

"Burqas Qərb” və “Burqas Şərqi 2/2A/” terminalları arasında liman akvatoriyasının dərinləşdirilməsi yükaşırma mərkəzinə uzunluğu 260 metr, eni 32 metr, suya oturumu 14,5 metr və dedveyti 80 000 qədər olan gəmiləri qəbul etməyə imkan verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır