Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Təsnifat cəmiyyəti gəmiqayırma şirkəti ilə birlikdə VLAC ammonyak tankeri üçün layihə hazırlayacaq

“Lloyd's Register” (“LR”) təsnifat cəmiyyəti və Çinin “Guangzhou Shipyard International” (“GSI”) gəmiqayırma şirkəti 100 min kubmetr tutumlu nəhəng VLAC ammonyak tankerinin birgə layihələndirilməsinə dair saziş imzalayıb.

“Seanews.az” xəbər verir ki, gəminin ammonyak üçün IMO-nun “B” tipli yük çənləri ilə təchiz edilməsi planlaşdırılır.

“LR” layihəni cəmiyyətin gövdə konstruksiyasının tələblərinə əsaslanaraq qiymətləndirib. “LR” tərəfdaşı “GSI”-yə ammonyak yanacağının tətbiqi və LNG tankerlərinin layihələri ilə bağlı məsləhət dəstəyi göstərib.

1760-cı ildə Böyük Britaniyada gəmi sahiblərinin, gəmiqayırma firmalarının, gəmi maşınları istehsalçılarının və sığorta şirkətlərinin könüllü birliyi kimi yaradılan “Lloyd's Register” (“Lloyd's Register Group Limited” / “LR”) bu gün dəniz gəmilərinə mühəndislik və texniki xidmətlər göstərən böyük təsnifat cəmiyyətidir. “LR” müxtəlif elmi, texnoloji tədqiqat və təhsil layihələrini dəstəkləyən “Lloyd's Register Foundation”-a daxildir. Cəmiyyətin məqsədi obyektlərin və infrastrukturun tikintisi və istismarında müştərilərə kömək etməklə həyat, əmlak və ətraf mühitin təhlükəsizliyini yaxşılaşdırmaqdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır