Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Partlamamış hərbi sursatlar dənizlərdə külək enerjisi qurğularının yerləşdirilməsini çətinləşdirir

Birinci və İkinci dünya müharibələri zamanı su hövzələrinə böyük miqdarda mərmi, bomba, mina atılıb. Bu sursatların böyük hissəsi partlamadığı üçün dənizlərdə külək enerjisi qurğularının yerləşdirilməsini çətinləşdirir.

AZƏRTAC Avropa mətbuatına istinadla xəbər verir ki, təkcə Baltik və Şimal dənizlərinin dibindəki partlamamış hərbi sursatların miqdarı 1,6 milyon tondan çoxdur. Fransa sahillərində isə vəziyyət daha ciddidir. İkinci Dünya müharibəsinin gedişatını dəyişən ikinci cəbhənin açılması burada baş verib.

İndi isə dənizlərdə külək (bəzən də günəş) enerjisi qurğularının yerləşdirilməsi zamanı partlamamış hərbi sursatlar ciddi problem yaradır. Onların zərərsizləşdirilməsi isə çox böyük zəhmət, vaxt, texnologiya və maddi xərc tələb edir. Dənizin dibinin minalardan təmizlənməsi çox ləng getdiyi üçün külək enerjisi qurğularının istifadəyə verilməsi, daha geniş planda isə yaşıl enerjiyə keçid ləngiyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır