Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“Damen Shipyards” yaxın iki ildə yeni layihəli yedək gəmilərinin tikintisinə başlamağı planlaşdırır

Nəhəng gəmi istehsalçısı emissiyaları azaltmağı düşünən gəmi sahibləri üçün metanol, LNG və ya hidrogen yanacağı ilə işləyən yedək gəmiləri hazırlayıb.

Bu barədə “Seanews.az” “Nordic Engineering” teleqram kanalına istinadən xəbər verir.

27-ci ITS Konvensiyası zamanı “Damen” “ASD 2812 FF” yedək gəmisi üçün strategiyasını və layihəni təqdim edib və “Society Bureau Veritas”-dən (“BV”) prinsipcə (AiP) təsdiq alıb.

 “Damen” layihəni Belçika və Niderlandın hakimiyyət orqanları, eləcə də mühərrik istehsalçısı “Caterpillar” ilə əməkdaşlıq etməklə və riskləri nəzərə almaqla hazırlayıb.

“Damen Shipyards” yaxın iki il ərzində yanacağa qənaət edən yedək gəmilərinin tikintisinə başlamağı planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır