Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Norveç Niderland limanına buraxılmayan Rusiya balıqçı gəmisinə yardım edib

Norveçin “Silver Sea” şirkətinin gəmisi Niderland limanına girişi qadağan edilən Rusiya balıqçı gəmisinə kömək edib.

“Seanews.az” xəbər verir ki, bu barədə Norveçin “NRK” telekanalı məlumat yay

Spitsbergen bölgəsində Rusiyanın "Belomorye" gəmisindən heyətin bir hissəsi rus olan Norveçin "Silver Copenhagen" soyuducu gəmisinə 2 min ton dondurulmuş balıq yüklənib. Əməliyyat Norveç Sahil Mühafizəsi və Gömrük Agentliyinin nəzarəti altında həyata keçirilib. Heç bir qanun pozuntusu aşkar edilməyib.

“Silver Sea” şirkətinin baş direktoru Thormod Bo Fossmarkın sözünə görə, istifadə edilən liman yüklərin aşırılması üçün təhlükəsizdir. O, həmçinin bildirib ki, “Silver Sea” əvvəllər Rusiyanın “Norebo” şirkəti ilə əməkdaşlıq edib. Eyni zamanda, Norveç sanksiya qaydalarına əməl olunmasına nəzarət edir. Qeyd olunur ki, Rusiya balıqları Aİ-nin sanksiyalarına məruz qalmayıb və bütün Avropa ölkələrindən son illərdə Rusiya məhsulları ən çox Niderlanda gəlir.

Məlumata görə, Niderlandın Eemshaven limanı mayın 16-da bütün lazımi sənədlərin olmasına baxmayaraq, “Arctic Shipping” şirkətinə (“Norebo” qrupuna daxildir) məxsus Rusiya gəmisinin ölkəyə girişini ləğv edib. Rusiya balıqçı gəmilərinin casusluq fəaliyyətinə cəlb oluna biləcəyi bəhanə gətirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır