Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

rkiyə Qara dənizdə də neft-qaz axtar

Türkiyə Aralıq dənizi ilə yanaşı, Qara dənizdə də qazma işləri aparacaq. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez deyib. “Türkiyənin “Fatih” adlı kəşfiyyat-axtarış qazma gəmisi sinfinin ən yaxşı 16 gəmisi arasında ən müasir texnologiya ilə təchiz edilən 5 gəmidən biridir. Altıncı nəsil texnologiyaya malik olan gəmi 6 metr hündürlükdə dalğada belə qazma apara bilir. “Fatih” ilə yanaşı, ikinci qazma gəmisini də almaq istəyirik. Bu gəmilərlə Aralıq və Qara dənizdə neft-qaz kəşfiyyatı sahəsində aktiv iş aparacağıq”, – deyə nazir bildirib. Qeyd edək ki, Türkiyə “Fatih” gəmisi ilə oktyabrın 31-də Aralıq dənizində qazma işlərinə başlayıb. Aralıq dənizinin dərinsulu hissəsində ilk qazma işləri Antalya sahilində həyata keçirilir. “Alanya-1” adlı kəşfiyyat quyusunu qazacaq gəmidə 200-dən çox yerli və xarici mütəxəssis çalışacaq. Dənizin dayazsulu hissəsində qazma işləri isə Mersin sahilində aparılacaq. Antalya sahilində qazma işlərinin aparılacağı sahədə dərinlik təxminən 2000-2500 metrdir. Torpaq qatından 5-6 min metr dərinlikdə qazma işləri aparılacaq. “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti ABŞ-ın “Schlumberger” şirkəti ilə Aralıq dənizində qazma işləri üçün 15 milyon dollarlıq müqavilə imzalayıb. Türkiyənin istehsal etdiyi “Fatih” qazma gəmisi bu ilin mayında istifadəyə verilib. Uzunluğu 229 metr olan gəmi suyun 12 min 200 metr dərinliyə qədər hissəsində qazma əməliyyatları aparmaq imkanına malikdir. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır