Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“DP World” şirkəti Callao limanında 400 milyon dollar dəyərində iri layihəni başa çatdırıb

“DP World” şirkəti Perunun Callao limanında yanalma körpüsünün genişləndirilməsi layihəni başa çatdırıb. Bu da terminalın konteyner ötürmə qabiliyyətini 80% artıracaq. Ümumilikdə 400 milyon dollar dəyərində vəsait xərcləyən şirkət hesab edir ki, genişləndirilmə Cənubi Amerikanın qərb sahillərində ticarət axınları üçün mərkəz kimi Callaonun liderliyini gücləndirəcək.

“Seanews.az” xəbər verir ki, yanalma körpülərinin uzunluğunun 650 metrdən 1050 metrə qədər artırılması cənub terminalına eyni vaxtda üç gəmidə (və ya iki böyük konteyner gəmisini) yük əməliyyatı həyata keçirməyə imkan verəcək. Terminalın illik gücü 1,5 milyondan 2,7 milyon TEU-ya qədər artırılacaq. Konteyner anbarlarının sahəsi 40 hektara çatdırılacaq.

Kallao limanı Perunun iqtisadi mərkəzidir, ölkənin konteyner yüklərinin 90%-dən çoxu burada, onun da 60%-i məhz cənub terminalında aşırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır