Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“Hanwha Group” şirkəti “Philly Shipyard”-ı satın alıb

Cənubi Koreyanın “Hanwha Group”-u beynəlxalq gəmiqayırma sahəsində iştirakını genişləndirmək istəyir. “Hanwha Systems” və “Hanwha Ocean” şirkətlərinin Amerikanın “Philly Shipyard” gəmiqayırma şirkətini satın almaları da bu niyyətdən doğur.

“Seanews.az” xəbər verir ki, aktivin alınmasına 100 milyon dollar vəsait ödənilib.

Qeyd edək ki, “Philly Shipyard” 1997-ci ildə təsis edilib, səhmlərinin əksəriyyəti Norveç sənaye investisiya şirkəti “Aker ASA”-ya məxsusdur. 2000-ci ildən bəri ABŞ-da iri tonajlı mülki gəmilərin demək olar ki, yarısını “Philly Shipyard” inşa edir.

Cənubi Koreyanın aparıcı müdafiə şirkətlərindən biri olan “Hanwha Systems” pilotsuz dəniz gəmiləri, dəniz radarları,  heyətli və  avtonom gəmilər üçün texnologiyalar hazırlayır, həmçinin kommersiya bazarı üçün gəmilər tikir.  

“Hanwha Ocean” (keçmiş “Daewoo Shipbuilding & Marine Engineering”, “DSME”) sifarişlərin həcminə görə dünyanın üçüncü ən böyük gəmiqayırma şirkətidir. Bu, Cənubi Koreyanın kimya və müdafiə sənayesində şirkətlər qrupuna daxil olan “Hanwha Group”-un bölməsidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır