Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“Beril” qasırğası Qrenadanın Karriaku adasında ciddi fəsadlar yaradıb

Karib dənizinin cənub-şərqinə çatan “Beril” qasırğası Qrenadanın Karriaku adasında ciddi fəsadlara yol açıb.

AZƏRTAC xəbər verir ki, qasırğanın mərkəzində küləyin sürəti saatda 220 kilometrə çatır.

Təbii fəlakət səbəbindən Barbados, Sent-Vinsent və Tobaqo adalarında təhlükə xəbərdarlığı, Qrenadada isə fövqəladə vəziyyət rejimi elan edilib. Qasırğa adalarda elektrik enerjisinin kəsilməsinə səbəb olub, hava limanları fəaliyyətini dayandırıb, küçələri su basıb. Barbados adasının yüzlərlə sakini sığınacaqlara yerləşdirilib.

Proqnozlara görə, “Beril” Karib dənizini keçərək qərbə doğru hərəkət edəcək. İyulun 4-də qasırğanın Meksikanın Yukatan yarımadasının şərq sahilinə yaxınlaşacağı gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır