Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

on dənizində Yaponiya və Cənubi Koreya balıqçı gəmiləri toqqu

Yapon dənizində Yaponiyaya və Cənubi Koreyaya məxsus balıqçı gəmiləri toqquşub. Hadisə Tokio və Seul arasında mübahisə predmeti olan Takeşima adalarından 330 kilometr şimal-şərqdə baş verib. Cənubi Koreyanın Yonhap agentliyinin məlumatına görə, toqquşma iki Cənubi Koreya gəmisi ilə bir yapon gəmisi arasında baş verib. Hadisə nəticəsində Cənubi Koreya gəmilərindən biri batıb. Həmin gəmidə olan 13 heyət üzvü xilas edilib. Yaponiya hökumətinin yüksəkvəzifəli məmurunun bildirdiyinə görə, yapon gəmisi cüzi zədələr alıb, heyət üzvləri üçün heç bir təhlükə yoxdur. Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa isə bildirib ki, toqquşma rayonunda olan balıqçı gəmiləri xilasetmə əməliyyatlarına qatılıb. Həmin rayona Yaponiya Sahil Mühafizəsi Xidmətinin patrul gəmisi də göndərilib. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır