Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

ŞKTC Qazimağusa limanının TDT-nin əməkdaşlıq proqramına salınmasına ümid edir

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) hakimiyyət orqanları Türk Dövlətləri Təşkilatından (TDT) Qazimağusa limanının türk dövlətlərinin liman strukturlarının əməkdaşlıq proqramına daxil edilməsi ilə bağlı müraciətə cavab gözləyir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə mətbuatına ŞKTC-nin mənzil-tikinti və nəqliyyat naziri Erhan Arıklı deyib.

Onun sözlərinə görə, Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Qazimağusa limanı mövzusu yenidən gündəmə gəlib. Nazir əlavə edib: “Qardaş limanlar” proqramına hazırda ikisi Türkiyədə yerləşən səkkiz liman daxildir. Ümid edirik ki, Şimali Kiprin Qazimağusa limanı proqramın doqquzuncu iştirakçısı olacaq”.

O, Şimali Kiprin limanlarından birinin TDT-nin əməkdaşlıq proqramına daxil edilməsinin həm ŞKTC, həm də türk dövlətlərinin iqtisadiyyatına müsbət təsir edəcəyinə əminliyini ifadə edib.

“Ümidvarıq ki, müraciətimiz təsdiqlənəcək. Qardaş Türkiyə bu məsələdə xüsusi rol oynaya bilər. Biz Qazimağusa limanının Aralıq dənizi regionunda bütün Türk dünyası üçün dəniz ticarəti bazasına çevrilməsinin tərəfdarıyıq. Azərbaycan və digər türk dövlətləri Qazimağusadan öz limanı kimi istifadə edə bilərlər”, -deyə Arıklı bildirib.

Nazir onu da qeyd edib ki, Avropa İttifaqı ŞKTC limanlarına qarşı rəsmi embarqolar tətbiq etməyib və bu, Avropa Komissiyasının müvafiq məktubunda öz əksini tapıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır