Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

imarka və Polşa Baltik dənizində sərhədlərin müəyyənləşdirilməsi prosesini başa çatdırı

Danimarka və Polşa Baltik dənizində sərhədlərin müəyyən edilməsi barədə xüsusi saziş imzalamaqla bu prosesi başa çatdırıblar. İki ölkənin xarici işlər nazirləri Brüsseldə görüşərək saziş imzalayıblar. İmzalama prosesi başa çatandan sonra Danimarkanın xarici işlər naziri Anders Samuelsen 40 il davam edən danışıqların bu şəkildə başa çatmasına görə məmnun olduğunu bildirib. Polşanın xarici siyasət idarəsinin rəhbəri Yatsek Çaputoviç də, öz növbəsində, bu sənədin imzalanmasının əhəmiyyətini vurğulayaraq bildirib ki, bu fakt iki ölkə arasında qarşılıqlı etimada, hörmətə və çoxdan bəri davam edən mübahisələrin sülh yolu ilə həll edilməsi əzminə dəlalət edir. Xatırladaq ki, Danimarkanın Bornholm adasından bir qədər cənubda yerləşən rayonun hansı dövlətə mənsub olması məsələsi 1970-ci illərdən Polşa və Danimarka arasında mübahisə mövzusu olub. Bu ilin payızında həmin ərazinin bölgüsü proseduru barədə razılaşma əldə edilib. Saziş imzalandıqdan sonra bu sənədin qüvvəyə minməsi üçün hər iki ölkədə müvafiq daxili prosedurlar həyata keçirilməlidir. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır