Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Gəmiqayırma zavodlarının sayı artıb

Son iki il ərzində yeni gəmilər üçün artan sifarişlər və onların yüksək xərcləri fonunda dünyada tərsanələrin sayı 18% artıb.

“Seanews.az” bu barədə gəmi brokeri “Xclusiv Shipbrokers”-in məlumatına istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, 2022-ci ilin iyun ayında dünyada 153 gəmiqayırma müəssisəsi var idisə, bu ilin iyun ayınd belə müəssisələrin sayı 180-ə çatıb.

Bununla belə, gəmiqayırma imkanlarının çatışmazlığı hələ çox hiss olunacaq. Belə ki, gəmiqayırma zavodlarının 2029-cu ilə qədər konteyner gəmiləri üçün, 2030-cu ilə qədər isə LNG qaz daşıyıcıları üçün müqaviləsi var.

Bu il iyunun əvvəlinə balkerlər seqmentində sifarişlər kitabının istismar donanmasına nisbəti 9,3%, tankerlər üçün 10%, konteyner gəmiləri üçün 20,3%, qazdaşıyanlar üçün 47,7% təşkil edib. Bu rəqəmlər 2023-cü il rəqəmləri ilə müqayisədə əhəmiyyətli artımı göstərir. Son iki ildə bu nisbət yükdaşıyanlarda 43%, tankerlərdə 72%, qazdaşıyanlarda isə 48% artıb.

Keçən ilin ikinci yarısında yükdaşıma tariflərinin aşağı düşməsi səbəbindən konteyner gəmiləri üçün kəskin azalan sifarişlər bu il Qırmızı dəniz bölgəsindəki vəziyyət fonunda artıb. “Alphaliner”-in məlumatına görə, ilin əvvəlindən ümumi tutumu 543,5 min TEU olan 64 konteyner gəmisi sifariş edilib.

Dünya üzrə ümumi sifarişlər hazırda 133 milyon CGT (kompensasiya olunmuş ümumi ton) təşkil edir. Bu da sifarişlərin ən aşağı olduğu 2020-ci illə müqayisədə 56 milyon CGT artım deməkdir. Bu artımın 35%-ni LNG qaz daşıyıcıları, 30%-ni konteyner gəmiləri təmin edib.

Cari ilin yanvar-may aylarında LNG qaz daşıyıcıları üçün sifarişlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 129% artaraq 34 gəmidən 78 gəmiyə çatıb.

“10 illik tənəzzüldən sonra gəmiqayırma zavodunun istehsal həcmi son vaxtlar artmağa başlayıb. Birinci rübdə yeni tonajların tədarükü 10,1 milyon CGT ilə yeddi ilin ən yüksək rübünə çatdı. 2024-cü ilin sonuna qədər yeni tonajın 40,6 milyon CGT olacağı gözlənilir”, - deyə “Clarksons” proqnozlaşdırır.

“Danish Ship Finance” isə 2024-cü ildə gəmiqayırma zavodundan istifadənin zirvəsinə çatacağını və bunun ardınca növbəti iki ildə həcmlərin azalacağını ehtimal edir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır