Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

İran limanları konteyner dövriyyəsini 10% artırıb

İranın cənub-qərbindəki Huzistan əyalətinin Hürrəmşəhr limanında yük dövriyyəsi cari İran təqvim ilinin ilk dörd ayında (20 mart-21 iyul) ötən ilin eyni dövrü ilə müqayisədə 62% artıb.

“Seanews.az” “iran.ru”-ya  istinadən bildirir ki, bu barədə Hürrəmşəhr vilayətinin Limanlar və Dəniz Gəmiçiliyi Departamentinin baş direktoru Əli Əsgəri məlumat verib.

Onun sözlərinə görə, bu ilin ilk 4 ayında Hürrəmşəhr limanında 1 milyon 134 min ton yük aşırılıb ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 698 min ton olub.

İranın Nəqliyyat və Şəhərsalma Nazirliyinin açıqladığı məlumatlara əsasən, İran limanlarında yüklərin yüklənməsi və boşaldılması 1402-ci İran təqvim ilində (martın 19-da başa çatmışdır) daha əvvəlki illə müqayisədə 4% artıb.

Konteyner sektorunda yüklərin aşırılmasında da 10% artımla 2,614 milyon TEU qeydə alınmışdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır