Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Kiprdə yeni yaxtaların tikintisinə və infrastrukturun yaradılmasına 250 milyard avro sərmayə qoyulacaq

Kiprin turizm nazirinin müavini Kostas Kumis və “Deloitte Triton Paphos Marina” konsorsiumu Pafosda yeni marinanın tikintisinə tenderin hazırlanması üzrə məsləhət xidmətlərinin göstərilməsi üçün müqavilə imzalayıblar.

“Seanews.az” xəbər verir ki, müqavilənin son məqsədi strateji investor tapmaqdır. Layihənin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Nazirlər Kabineti Pafosda tikinti işlərini hələ 2023-cü ilin fevralında təsdiqləyib. Eyni zamanda, ilkin layihədə bir sıra dəyişikliklər edilib. Pafosda yaxta dayanacaqları, təmir sexi, kafe, restoran və butiklərlə yanaşı, uzunluğu 220 metrdən çox olmayan lüks yaxtalar və kruiz gəmiləri üçün körpülər, həmçinin otel və yaşayış kompleksləri tikmək qərarına gəliblər.

Artıq Kiprdə beşinci olacaq “Pafos Marina” ada dövlətinin əsas beynəlxalq gəmiçilik mərkəzi kimi mövqeyini gücləndirəcək. Layihəyə təxminən 250 milyon avro ayrılacaq. Bunun 100 milyon avrosu liman qurğularına, təxminən 150 milyon avrosu isə ərazinin inkişafına xərclənəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır