Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Çin dünyanın ən böyük gəmiqayırma gücü kimi mövqeyini möhkəmləndirir

Çin gəmi inşaatçıları 2024-cü ilin birinci yarısında ümumi dedveyti 55,22 milyon olan yeni gəmi sifarişləri alıblar ki, bu da 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 43,9% çoxdur.

“Seanews.az” xəbər verir ki, yeni müqavilələr Çin gəmiqayırma sənayesinin ümumi sifariş portfelini 171,55 milyon dwt-a çatdırıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,6% çoxdur.

Bu, Çinə dünyanın ən böyük gəmiqayırma gücü kimi mövqeyini möhkəmləndirməyə imkan verib. İyun ayının sonuna Çinin gəmiqayırma sənayesinin aldığı yeni sifarişlər dünya gəmiqayırma bazarının 74,7%-ni təşkil edib.

Syansu, Şanxay, Çjeszyan, Lyaonin və Şandun Çinin ən yaxşı beş gəmiqayırma əyalətləri və şəhərləri sırasında olub. 2024-cü ilin birinci yarısında ölkənin gəmi tədarükünün 90,7%-i onların payına düşüb.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır