Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Hindistanın ümumi konteyner yüklərinin 65%-i Nava Şeva limanında aşırılır

Hindistanın yük dövriyyəsinə görə ikinci ən böyük limanı olan Nava Şeva (rəsmi adı - Cavaharlal Nehru) 2024-cü ilin iyul ayında 603,2 min TEU aşırıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,4% çoxdur.

“Seanews.az” xəbər verir ki, Liman rəhbərliyinin məlumatında belə deyilir.

Bu, limanın bütün tarixində rekord göstərici olub. Əvvəlki rekord həcm carii ilin martında qeydə alınıb (593,8 min TEU).

2024-cü ilin iyulunda liman 84,5 min TEU ilə 530 konteyner qatarı, 2023-cü ilin iyulunda 83,4 min TEU ilə 511 konteyner qatarı işləyib.

Ötən ay Nava Şeva limanının ümumi yük dövriyyəsi 7,54 milyon ton (+9,1%) təşkil edib.

Maliyyə ilinin əvvəlindən (2024-cü ilin aprel-iyul ayları) Nava Şeva limanı terminallarının ümumi yük dövriyyəsi 29,5 milyon ton yük təşkil edib ki, bu da əvvəlki maliyyə ilinin eyni dövrü ilə müqayisədə 5,8% çoxdur. Ümumi konteyner dövriyyəsi bu dövr ərzində 12,1% artaraq 2,3 milyon TEU-ya çatıb.

Dörd ay ərzində liman demək olar ki, 327,8 min TEU ilə 2064 konteyner qatarı işləyib. Əvvəlki maliyyə ilinin eyni dövründə 325,6 min TEU olan 2041 konteyner qatarı işlənib.

Mumbayın (Maharştra ştatı) cənubunda yerləşən Nava Şeva limanı yük dövriyyəsinə görə dünyanın 100 ən böyük konteyner limanı arasında 24-cü yerdədir. Hindistanın ümumi konteynerli ixrac-idxal yüklərinin demək olar ki, 65%-i bu limanda aşırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır