Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Qazaxıstan və Estoniya nəqliyyat logistikası sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər

Qazaxıstan öz mallarını Estoniya limanları vasitəsilə tranzitlə ixrac etmək imkanını nəzərdən keçirir.

“Seanews.az” xəbər verir ki, bu məsələ iki ölkənin nəqliyyat nazirliklərinin rəhbərləri Marat Karabayev və Vladimir Svetin videokonfrans formatında keçirilən görüşündə müzakirə olunub.

Görüş Qazaxıstan və Estoniya biznesinin 60-dan çox nümayəndəsinin, dəniz limanlarının nümayəndələrinin və ixracatçıların iştirakı ilə baş tutub.

Danışıqlar zamanı tərəflər liman infrastrukturu sahəsində əməkdaşlıq potensialını və Qazaxıstan mallarının Estoniya limanları vasitəsilə tranzitlə ixracı imkanlarını müzakirə ediblər.

Görüşün sonunda Qazaxıstan və Estoniyanın nəqliyyat idarətlərinin rəhbərləri nəqliyyat logistikası sahəsində əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Estoniyanın ən böyük liman təşkilatı Tallinna Sadamdır (Tallin limanı). Dövlət korporasiyası beş limanı - Tallin sərnişin limanı (Vanasadam), ölkənin ən böyük yük limanı Muuqa, Palyassaare, Paldiski və Saarema limanları idarə edir. 2023-cü ildə Tallin limanının yük dövriyyəsi əvvəlki illə müqayisədə 29% azalaraq 12,6 milyon ton, sərnişin dövriyyəsi 13% artaraq 8 milyon nəfər təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır