Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Maersk”in icraçı direktoru: Ticarət müharibəsinin iqtisadi cəzası ağır ol

“Amerika Birləşmiş Ştatlarının başlatdığı ticarət savaşlarının qlobal miqyasda iqtisadi ziyanları ağır olacaq”.  Dünyanın ən böyük konteyner operatoru  “AP Moller-Maersk” şirkətinin icraçı direktoru Soren Skou belə deyib. “Financial Times” qəzetinə danışan Skou bildirib ki, ABŞ və Çinin bir-birinə tətbiq etdiyi əlavə gömrük rüsumları səbəbindən son iki ildə qlobal ticarət tələbi ən aşağı səviyyəyə düşüb. İcraçı direktor əlavə edib ki, artan tariflərə görə növbəti iki ildə ABŞ və Çin arasında yükdaşımların həcmi də əhəmiyyətli dərəcədə azalacaq.  “Çindən ABŞ-a idxal artır,  amma ABŞ-ın  Çinə ixracı azalır. Bunun mənfi təsirlərini növbəti ilin ilk rübündə daha aydın görəcəyik”- deyə, o bildirib. Qeyd edək ki, ABŞ prezidenti martın əvvəlində idxal olunan polada 25%, alüminiuma isə 10% gömrük rüsumunun tətbiq edilməsi ilə bağlı qərar qəbul edib.  1 yanvar 2019-cu ildən gömrük rüsumuun daha da artırılacağı bildirilir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır