Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Antong Holdings” dörd konteyner gəmisini icarəyə verib

Çinin “Antong Holdings” gəmiçilik şirkəti “Sinotrans Container Line” (“China Merchants Energy Shipping”-in törəmə şirkəti – “CMES”) üçün dörd konteyner gəmisini icarəyə ayırıb.

“Seanews.az” bu barədə “Splash”a istinadən xəbər verir.

“Daxili marşrutlarda konteyner daşımaları üçün yük tariflərinin aşağı düşməsi ilə əlaqədar “Antong Holdings” öz donanmasının bir hissəsini beynəlxalq daşımalar üçün ayırmaq qərarına gəlib”, - nəşr yazır.

Dörd gəmidən ikisi - 2018-ci ildə inşa edilmiş "Renjian Fuzhou" və 2019-cu ildə inşa edilmiş "Renjian Dalian" 2,4 min TEU tutumuna malikdir, digərlərinin - 2006-cı ildə inşa edilmiş "Haisu 6" və 2004-cü ildə inşa edilmiş "Haisu 7" gəmisinin hər birinin tutumu isə 698 TEU-dur.

İlk iki konteyner gəmisi 16-20 ay müddətinə gündəlik 23,5 min dollara, qalanları isə 11-13 ay müddətinə gündəlik 7,5 min dollara icarəyə verilib. Əməliyyatın ümumi dəyəri 266-350 milyon dollar arasında qiymətləndirilir.

“Antong Holdings” Qırmızı dəniz bölgəsindəki vəziyyət və artan tələbin səbəb olduğu beynəlxalq bazarda yük tariflərinin artmasının şirkətin mənfəətini artıracağına ümid bəsləyir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır