Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Beket Ata” gəmisi Kurık limanındakı “Sarja” çoxfunksiyalı dəniz terminalından yüklə səfərə çıxıb

“Kazmorttransflot” şirkətinin “Beket Ata” gəmisi Qazaxıstanın Kurık limanındakı “Sarja” çoxfunksiyalı dəniz terminalından yüklə açıq dənizə çıxıb.

“Seanews.az” xəbər verir ki, “Beket Ata” gəmisi “Break Bulk ekspress”in ilk səfərini həyata keçirəcək. Gəminin anbarlarında 2,8 min ton gübrə və 1,7 min ton mis katod var.

Nəticədə “Sarja Cargo Terminal” yük terminalının istismarına başlanılıb.

Xatırladaq ki, “Sarja” terminalının tikintisi layihəsini Qazaxıstanın "Semurg Invest" şirkəti həyata keçirir. Bu günədək bütün yerüstü işlər başa çatdırılıb, iki yanalma körpüsü və ümumi yüklər üçün terminal tikilib. Layihə bir neçə terminalın (taxıl, ümumi və maye yük, universal) və nəqliyyat-logistika kompleksinin tikintisini nəzərdə tutur. 2030-cu ilə qədər bütün terminalların tikintisi başa çatdıqdan sonra “Sarja” Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun ötürücülük qabiliyyətini ildə 10 milyon ton artıracaq.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır